Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda 31 mart Azərbaycanlıların soyqırım qurbanlarının xatirəsi yad edilib

01 aprel 2013 | 15:00

       31 mart tarixi Azərbaycanın tarixində unudulmaz bir gündür. 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında 3 gün ərzində erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir. Bütövlükdə bu faciə Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcədə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər əraziləri əhatə etmişdir. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Məhz ulu öndər Heydər Əliyevin 26 mart  1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Respublikanın hər yerində olduğu kimi Neftçala rayonunda da soyqırım qurbanlarının xatirəsi  yad edilib.

       Neftçalalılar başda Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev olmaqla abidə önünə tər qərənfillər düzərək şəhidlərin ruhuna dualar oxuyublar. Sonra Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev soyqırımın tarixçəsindən danışıb. Həmin vaxt yüzlərlə kəndin yerlə-yeksan edildiyini, on minlərlə insanın öldürüldüyünü diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan dövləti və xalqı gec-tez düşmənin layiqli cavabını verəcək. Bunun üçün güclü və qüdrətli ordu var. Çıxışlarda dövlətə və dövlətçiliyə sadiqlik nümayiş etdirilib.

Keçidlər