Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı karantin rejiminin aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib
25 aprel 2020 | 02:04
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı karantin rejiminin aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib.
Qərara əsasən 27 apreldən karantin qaydaları yumşalır, belə ki:
- Asan Xidmətlərdə qəbul açılır
- Kitab, qəzet, dəftərxana, çap, fotostudio obyektləri
- Repetitorluq və fərdi tədris
- Geyim, kosmetika, qızıl, lombard fəaliyyəti
- Mebel, elektronika, məişət texnikası, mobil cihaz satışı
- Kənd təsərrüfatı, ehtiyat hissələri və avtomobil satışı başlayır.
- 8103-ə icazə müddəti 2-dən 3 saata qaldırılır.