Prezident İlham Əliyevin sərəncamına əsasən İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım veriləcək
25 aprel 2020 | 02:04
Prezident İlham Əliyevin sərəncamına əsasən İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım veriləcək.
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalanıb.