Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı münasibətilə əlaqədar Neftçala rayonunda geniş konsert proqramı təşkil olunmuşdur

20 mart 2013 | 16:00

      Respublikamızın hər yerində olduğu kimi Neftçala rayonunda da mart ayının 19-da  geniş Novruz şənliyi təşkil olundu. Öz ətrafında istedadlı insanları, tanınan musiqiçiləri, aktyorları birləşdirən rayon mədəniyyət və turizm şöbəsinin təqdim etdiyi Novruz çələngi hamının ürəyindən xəbər verirdi. Rəngarəng nümayişlər iştirakçılara bol sevinc bəxş edir, unudulmaz təsir bağışlayırdı. Rayon İcra Hakimiyyətinin başçısı  İsmayıl Vəliyev yaz müjdəli, günəş təbəssümlü Novruz bayramı münasibətilə sakinləri təbrik edərək onlara ən xoş arzularını bildirdi. O dedi ki, milli-mənəvi sərvətlərimizin zənginliyini əks etdirən bu gözəl bayram ürəklərdə saf duyğuların oyanması, mehribanlığın və qardaşlığın  mühkəmlənməsi, onların bir - birinə qayğı və diqqətin artması üçün gözəl zəmin yaradır. O, hər kəsə  əsl bahar əhval-ruhiyyəsi, Novruz sevinci, xoş günlər arzuladı.
    Tədbirdə şən musiqilər, oyunlar, nağıl personajlarının duzlu-məzəli çıxışları əsrlərin o üzündən süzülüb gələn folklor mədəniyyətinin ululuğunu bir daha gözlər önündə canlandırdı. Bir sözlə Neftçala əziz el bayramını özünə, adına layiq ola biləcək yüksək bir səviyyədə qeyd elədi.

Keçidlər