Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkə ərazisində Koronavirus (COVID-19) pandemiyası ilə mübarizəsi çərçivəsində aztəminatlı ailələrə ərzaq yardımları göstərilir

23 aprel 2020 | 09:04

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkə ərazisində Koronavirus (COVID-19) pandemiyası ilə mübarizəsi çərçivəsində bir çox dövlət qurumları, biznes strukturları, fərdi şəkildə sahibkarlar tərəfindən mütəmadi olaraq aztəminatlı ailələrə ərzaq yardımları göstərilir.⠀

Bu tədbirlər çərçivəsində I Vitse-Prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə, Heydər Əliyev Fondu tərəfindən, Regional İnkişaf İctimai Birliyinin (RİİB) dəstəyi ilə Neftçala rayonunda 1500 ailəyə, Neftçala rayon İcra Hakimiyyəti tərəfindən 730 ailəyə, Milli Məclisin üzvləri, müxtəlif dövlət qurumları, özəl təşkilatlar və müəssisələr, şirkətlər, həmkarlar təşkilatları və bələdiyyələr, fərdi sahibkarlar və fiziki şəxslər tərəfindən 2500 ailəyə ərzaq yardımları göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Neftçala rayon şöbəsi tərəfindən, 65 yaşdan yuxarı şəxslərə mütəmadi olaraq sosial işçilər tərəfindən sosial-məişət xidmət həyata keçirilir. 01.04.2020-ci il tarixinə kimi rayon ərazisində ünvanlı dövlət sosial yardımı alan vətəndaşların ödənişi tam şəkildə həyata keçirilib. ⠀

Aztəminatlı ailələrə yardım çərçivəsində əməyi keçən hər bir quruma, şəxsi təşəbbüslə bu nəcib işdə yaxından iştirak edən bütün fərdi sahibkarlara və şəxslərə təşəkkür edirik. Biz birlikdə güclüyük.

Keçidlər