Şriftin ölçüsü :

Saytın rəngi :

⁣Neftçala rayonunda ərzaq yardımı davam etdirilir

21 aprel 2020 | 11:04

17 aprel tarixindən başlayaraq, Heydər Əliyev Fondu və RİİB-in (Regionların İnkişafı İctimai Birliyi) dəstəyi ilə Neftçala Rayon könüllüləri tərəfindən aztəminatlı ailələrə ərzaq yardımları paylanılır.⠀

Neftçala Rayon könüllüləri ilə görüşən Mirhəsən Seyidov, ərzaq yardımı ilə bağlı öz tövsiyə və tapşırıqlarını verib. Yardımın paylanılmasına 20-dən artıq gəncdən ibarət olan könüllü qrupu dəstək göstərir. ⠀

Xatırladaq ki, bundan öncə Neftçala rayon və kəndlərində yaşayan 700-dən artıq ailəyə ərzaq yardımı edilib. Ərzaq yardımları mütəmadi olaraq davam etdirilir.

Keçidlər