Kür çayında brokonyerlik hallarının qarşısının alınması üçün tədbirlər həyata keçirlib
21 aprel 2020 | 10:04
3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 aprel 2020-ci il tarixli 43 saylı sərəncamına əsasən 16-17 aprel tarixlərində Kür çayında Su Nəqliyyatında Polis İdarəsinin Neftçala xətt Polis məntəqəsinin əməkdaşları ilə birlikdə brokonyerlik hallarına qarşı mübarizə xarakterli reyd keçirilmişdir.
Reyd zamanı qeyri-qanuni yollarla Kür çayından kustar üsulla hazırlanmış qarmaqlar, torlar və xərçəngtoplayan (səbətlər) çıxarılmışdır.
Həmçinin, 10.04.2020-ci il tarixinə olan məlumata əsasən Xəzər dənizi üzrə 80, Kür çayı üzrə 4, baş Mil-Muğan üzrə 39 balıqçıya rəsmi şəkildə kvota ayrılıb.