Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon Könüllüləri öz fəaliyyətinə başladı

21 aprel 2020 | 10:04

2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını rəhbər tutaraq Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun tapşırığına əsasən Neftçala Rayon Gənlər və İdman İdarəsi tərəfindən könüllü qrupu formalaşdırılıb.

Neftçala Könüllüləri rayon və kəndləri ərazisində baş verən bir çox ictimai-sosial proseslərə qoşulub və könüllü əsaslarda öz fəaliyyətini davam etdirməkdədir. Hər keçən gün könüllü qrupuna qoşulanların sayı artmaqdadır.

Əziz Neftçala gəncləri, Siz də Neftçala Könüllüləri sırasına qoşularaq həm özünüzü inkişaf etdirmək, həm də cəmiyyətə öz töhvənizi vermək istəyirsinizsə Neftçala Rayon Gənlər və İdman İdarəsinə müraciət edə bilərsiniz.

Keçidlər