Şriftin ölçüsü :

Saytın rəngi :

Ailə, Qadın və Uşaq Poblemləri Üzrə Dövlət Komitəsinin Neftçala rayonu İcra Hakimiyyəti ilə birgə Azərbaycan Qadınlarının IV Qurultayına hazırlıq mərhələsində Rayon Qadınlarının Konfransı keçirilmışdir

16 mart 2013 | 16:00

Konfans 15 mart 2013-cü il tarixdə saat 1100-da Neftçala rayonu İcra Hakimiyyətinin akt zalında keçirildi. Konfransda Ailə, Qadın və Uşaq Poblemləri Üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyevada  iştirak edirdi. Konfrans iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Sonra konfrans öz işinə başladı. Konfransı giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı  cənab İsmayıl Vəliyev açdı. Cənab İsmayıl Vəliyev nitqində Azərbaycan qadınlarının xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında və inkişafında  qadınların müstəsna rolunu xatırlatdı və bu əlamətdar gün münasibəti ilə konfrans iştirakçılarına xoş arzularını çatdırdı. Sonra gündəlikdə duran məsələ ilə bağlı “Dövlət qadın siyasətinin həyata keçirilməsi barədə” Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gültəkin Sadıqovanın məruzəsi dinlənildi.G.Sadıqova çıxışında Azərbaycanda qadın problemlərinin dövlət siyasətində prioritet təşkil etməsindən,gender məsələlərinin beynəlxalq prinsip və normalar əsasında həlli istiqamətində kardinal addimlar atılması məsələlərinə toxundu. O, həmçinin qadınlarımızın müstəqilliyimizin möhkəmləndirilməsində, demokratik dövlət quruculuğunda, ölkənin bütün sahələrinin yüksəlişində böyük xidmətlərinin olduğunu diqqətə çatdırdı. Tədbirdə  Ailə, Qadın və Uşaq Poblemləri Üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyevada çıxış etdi. Hörmətli qonaq da çıxışında Azərbaycan Respublikasının Konstitusiyasında” Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının qanununda, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü və fəal dəstəyi ilə “Məişət zorakılığının qarşısının alınması haqqında”  Azərbaycan Respublikasının qanununun qəbul edilməsinin Azərbaycan dövlətinin qadınlara göstərdiyi xüsusi qayğının, hörmətin təzahürü olduğunu bildirdi. Konfransın sonunda Azərbaycan Qadınlarının IV Qurultayına nümayəndələrin seçimi aparıldı. Neftçala rayonundan Qurultaya 14 nəfər nümayəndə  seçildi.Bununlada konfrans öz işini yekunlaşdırdı.

Keçidlər