Neftçala rayonu ərazisində yollar təmir edilir
19 aprel 2020 | 09:04
Neftçala RİH başçısı Mirhəsən Seyidov I Mayak yolunda gedən təmir işləri ilə tanış olub. Vətəndaşların müraciətləri əsasında təmir işlərinə ciddi nəzarətin həyata keçirilməsi və mövsüm şəraitinə uyğun işlərin tez bir zamanda yekunlaşdırılması ilə bağlı tövsiyyələr verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, "50 nömrəli Yol-İstismarı" MMC tərəfindən yerli əhəmiyyətli Y-47-06 I Mayak kəndinin avtomobil yolunda orta təmir işləri həyata keçirilir. Yolun 9km olan hissəsində orta təmir işləri aparılaraq, yararsız torpaq qatı dağılıb əlavə material verilərək kipləşdirilir.
Qeyd edək ki, təmir-tikinti işləri mütəmadi olaraq davam etdiriləcəkdir.