Sosial vəziyyəti çətin olan, evdən çıxması qadağan olununan 65 yaşdan yuxarı şəxslərə və ailələrə ərzaq yardımı göstərilib
17 aprel 2020 | 09:04
Koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əsasən bir çox iş yerlərinin fəaliyyətinin davam etdirilməsi ilə bağlı məhdudiyyətlər yaradılıb.
Bundan irəli gələrək Neftçala Rayon İcra Hakimiyyəti, tabeli qurumları və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayon ərazisində mütəmadi olaraq yardımlar göstərilməkdədir.
Sosial vəziyyəti çətin olan, evdən çıxması qadağan olununan 65 yaşdan yuxarı şəxslərə və ailələrə ərzaq yardımı göstərilib. Karantin dövründə ümumilikdə 700-dən artıq ailəyə yardım edilib.
Yardımlar mütəmadi olaraq davam edəcək.