Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bayram tədbiri keçirildi

09 mart 2013 | 16:00

06 mart 2013-cü il tarixdə Neftçala rayon Xadimə şadlıq sarayında  8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bayram tədbiri keçirildi. Neftçala rayonu İcra Hakimiyyətinin başçısı cənab İ.M. Vəliyev iştirakçıları gözəl bayram münasibəti ilə təbrik etdi, onlara səadət və uğurlar arzuladı. Başçı öz çıxışında Ulu Öndərimiz Heydər Əliyevin həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirdiyini, onlara böyük hörmət və ehtiramla yanaşdığını qeyd etdi.
Daha sonra qeyd olundu ki, Azərbaycan qadını bu gün ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həmdə fəal ictimai xadimdir. Mərasimdə Azərbaycan qadınının milli tariximizdə şərəfli yerindən öyünclə söhbət açıldı.
Sonra tədbir Rayonun mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə geniş bayram konserti ilə davam etdirildi. Tədbirin sonunda Neftçala rayonu İcra Hakimiyyəti tərəfindən rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup xanımlarına qiymətli hədiyyələr təqdim olundu.

Keçidlər