Neftçala rayonu ərazisində dezinfeksiya işləri davam etdirilir.
09 aprel 2020 | 07:04
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq Neftçala rayonunda da Koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması məqsədi ilə Neftçala rayonunun bir çox parklar, ictimai-iaşə və xidmət obyektlərində, yaşayış massivlərində dezinfeksiya işləri aparılıb. Dezinfeksiya tədbirləri mütəmadi olaraq həyata keçirilməkdədir.
Həmçinin, Neftçala rayon sakinlərini xüsusi ehtiyac olmadığı təqdirdə evlərini tərk etməməyə çağırırıq.