Neftçala rayonunda Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində növbəti sanitar-profilaktik tədbirlər həyata keçirilib.
05 aprel 2020 | 08:04
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq Neftçala rayonunda Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində növbəti sanitar-profilaktik tədbirlər həyata keçirilib.
Neftçala rayonunun bir çox küçə və prospektlərində, ticarət, ictimai-iaşə və xidmət obyektlərində dezinfeksiya işləri aparılıb. Dezinfeksiya tədbirləri mütəmadi olaraq həyata keçirilməkdədir.