Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunun bir çox ticarət, ictimai-iaşə və xidmət obyektlərində, yaşayış massivlərində dezinfeksiya işləri aparılıb

03 aprel 2020 | 02:04

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq Neftçala rayonunda da Koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması məqsədi ilə növbəti sanitar-profilaktik tədbirlər həyata keçirilib.

Neftçala rayonunun bir çox ticarət, ictimai-iaşə və xidmət obyektlərində, yaşayış massivlərində dezinfeksiya işləri aparılıb. Dezinfeksiya tədbirləri mütəmadi olaraq həyata keçirilməkdədir.

Həmçinin, Neftçala rayon sakinlərini xüsusi ehtiyac olmadığı təqdirdə evlərini tərk etməməyə çağırırıq.

Keçidlər