Bu gün Azərbaycan tarixinin şanlı səhifəsi - Aprel Zəfəri günümüzdür!
Bu gün Azərbaycan tarixinin şanlı səhifəsi - Aprel Zəfəri günümüzdür!
2-5 aprel 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin ordusu xüsusi əməliyyat nəticəsində Lələtəpə yüksəkliyi başda olmaqla 2 000 hektardan artıq ərazini düşmən tapdağından azad etdi.
Həmçinin, şanlı zəfər tariximizdə Azərbaycan ordusunun verdiyi şəhidlər sırasında Neftçala rayonundan olan Elmidar Səlimov və Samid İmanov da yer alırdı. Hər iki şəhidimiz vətən uğrunda qəhrəmancasına vətənin müdafiəsində durmuş və şəhid olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2016 – cı il 1966 nömrəli sərəncamı ilə Samid Gülağa oğlu İmanova (ölümündən sonra) “Azərbaycan Milli Qəhrəmanı” adı verilmişdir.
Kiçik gizir Elmidar Səlimxan oğlu Səfərov (ölümündən sonra) Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 19 aprel 2016 – cı il tarixli 075 nöməli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə 3 – cü dərəcəli medalı” ilə təltif edilmişdir.
Bu zəfər günü ilə qürur duyur, torpaqlarmızın tam azad olmasını diləyirik.