Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının fəalları ilə görüş

23 fevral 2013 | 16:00

22 fevral 2013-cü ildə Neftçala rayonunda Yeni Azərbaycan Partiyasının fəalları ilə görüş keçirilmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov və icra katibinin müavini Səyavuş Novruzov iştirak etmişdir.
Tədbirdə YAP Neftçala rayon gənclər təşkilatının sədri Vurğun Əkbərov çıxış edərək bildirib ki, partiya sıralarında 1642 nəfər gənc var və onlar partiyanın qayğısı ilə əhatə olunublar. Rayon idarəçilik sistemində, ictimai-siyasi proseslərdə gənclərin potensialından geniş istifadə olunmasından danışan V. Ələkbərov bildirib ki, bələdiyyə seçkisində bələdiyyə üzvlərinin 38,5 faizini YAP-nın üzvləri olan gənclər təşkil edib.
YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov çıxış edərək dövlətimizin gənclər siyasətindən danışıb. Dövlət başçısı İlham Əliyevin gənclərə diqqət və qayğısından danışan icra katibi bu gün ölkə gənclərinin Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu, onların problemləri ilə yaxından maraqlandığını deyib. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, bu gün müasir gəncliyimiz orta və yaşlı nəsildən çox fərqlənir. “Çünki gənclər mükəmməl təhsil alır, müasir texnologiyalara yiyələnir, idarəetmədə yaxından iştirak edirlər. Gənclərin cəmiyyətdə rolu artmaqda davam edir. YAP-ın üzvü olan gənclərin də ictimai-siyasi proseslərdə fəal olması vacibdir. Qarşıdan gələn Prezident seçkisində gənclərin potensialından geniş istifadə olunmalı və sizlər də təbliğat işlərində iştirak etməlisiniz. Bu, sizin gələcək həyatınız üçün lazımdır. Gələcək gənclərindir. Siz gələcəkdə qazandığınız təcrübədən istifadə etməlisiniz”.
Sonda YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Keçidlər