Şriftin ölçüsü :

Saytın rəngi :

Karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət məqsədilə yaradılmış mobil qruplar tərəfindən maarifləndirmə işləri davam etdirilir

01 aprel 2020 | 02:04

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq Neftçala rayonunda da Koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə gücləndirilmiş nəzarət tədbirləri həyata keçirilir.

Bu tədbirlər çərçivəsində karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət məqsədilə mobil qruplar yaradılıb.

İnfeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları, bələdiyyə sədrləri və üzvləri, yerli icra nümayəndələri, yerli müəssisə, təşkilat və idarələrin nümayəndələri tərəfindən sürücülər və sakinlər arasında profilaktik tədbirlər davam etdirilir.

Keçidlər