Neftçala Rayon İcra başçısı Mirhəsən Seyidov və bir sıra İcra Hakimiyyəti əməkdaşları tərəfindən vətəndaşların növbəti onlayn qəbulu həyata keçirilib.
Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən 25.03.2020-ci il tarixində vətəndaşların bu həftə ərzində ikinci qəbulu keçirilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı qərarını nəzərə alaraq, Neftçala Rayon İcra başçısı Mirhəsən Seyidov və bir sıra İcra Hakimiyyəti əməkdaşları tərəfindən vətəndaşların növbəti qəbulu həyata keçirilib. Onlayn görüşlər çərçivəsində Neftçala şəhər və digər 8 kənd sakinlərinin müraciət və şikayətləri dinlənilib. Müvafiq şöbələrə müraciətlərin araşdırılması tövsiyə olunub.
Qeyd: Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminə dair təlimatına əsasən, daha öncədən İcra Hakimiyyəti inzibati binasına yaxınlaşıb, qəbula yazılan vətəndaşlarımız, növbəlilik prinsipi əsasında yerli icra nümayəndələri tərəfindən onlayn qəbullara dəvət olunacaqdır.