Xocalı soyqırımının 21-ci ildönümü Neftçala rayonunda da qeyd olunmuşdur
27 fevral 2013 | 16:00
26 fevral 2013-cü il tarixdə Respublikanın hər yerində olduğu kimi Neftçala rayonunda da Azərbaycan xalqına qarşı törədilmiş dünyanın ən dəhşətli soyqırımı hadisələrinə bərabər tutulan Xocalı soyqırımının 21-ci ildönümü geniş şəkildə qeyd olunmuşdur. İlk öncə rayon ictimaiyyəti başda rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev olmaqla Xocalı abidəsi önünə gül dəstələri qoydular. Sonra rayon Mədəniyyət və İncəsənət sarayında Xocalı soyqırımına həsr olunmuş rəsm qalereyasına baxış keçirilmişdir. Tədbirin sonunda ANS Şirkətlər Qrupunun prezidenti, rejissor Vahid Mustafayevin çəkdiyi “Xoca” filmi izlənilmişdir.