Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən şəhid ailələri və müharibə əlilləri üçün inşa olunan 10 ev vətəndaşların istifadəsinə verilib
18 mart 2020 | 07:03
17 mart 2020-ci il tarixdə Neftçala rayonunda ilaxır çərşənbə münasibəti ilə şəhid ailələri və müharibə əlillərinə ev verildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək diqqəti və qayğısı nəticəsində, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən şəhid ailələri və müharibə əlilləri üçün inşa olunan 10 ev vətəndaşların istifadəsinə verilib.
Neftçala Rayon İcra Hakimiyyəti başçısı Mirhəsən Seyidov tədbirdə iştirak edib, şəhid ailələri və müharibə əlillərinə evlərin açarlarını təqdim edərək bayram münasibətilə onları təbrik edib.