Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Vətəndaş Cəmiyyəti və Qeyri Hökumət Təşkilatlarının nümayəndələri ilə görüş keçirib
12 mart 2020-ci il tarixdə Neftçala rayon İcra Hakimiyyətinin inzibati binasında Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mihəsən Seyidov Rayonda fəaliyyət göstərən Qeyri hökümət təşkilatlarının rəhbərlərinin iştirakı ilə görüş keçirmişdir.
Rayon rəhbəri bildirdi ki, cəmiyyətin həm sosial, həm də mənəvi ehtiyaclarının ödənilməsində Qeyri Hökumət Təşkilatlarının (QHT) rolu böyükdür.
Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov görüşdə Qeyri hökümət təşkilatlarının fəaliyyətlərinin daha da aktivləşdirilməsi istiqamətində tövsiyələrini verdi, rayon ictimaiyyəti ilə birlikdə Neftçalanın inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirdi .
Görüşdə iştirak edən Qeyri Hökümət təşkilatlarının sədrləri Mirhəsən Seyidovu Rayona başçı təyin edilməsi ilə bağlı öz təbriklərini ünvanladılar, və yeni işində uğurlar dilədilər.