Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov vətəndaşları qəbul etmişdir
11 mart 2020 | 06:03
10 mart tarixində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tərəfindən vətəndaşların qəbulu keçirilib.
Qəbulda Qarabağ müharibəsi veteranı, II və III qrup əlilləri, şəhid ailələri, təqaüdçülər və Ağdam rayon məcburi köçkünləri öz problemlərini səsləndiriblər. Vətəndaş problemlərinin həllinin araşdırılması üçün aidiyyatı üzrə yerli icra nümayəndələrinə, bələdiyyə sədrlərinə və digər qurumlara yönləndirilib.
Qeyd edək ki, 5-9 mart 2020-ci il tarixlərində Neftçala Rayon İcra Hakimiyyətinə ümumilikdə 90-a yaxın müraciət daxil olub.