Neftçala rayon İcra Hakimiyyətinin başçısı 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə şəhid analarını ziyarət edərək təbrik etmişdir
08 mart 2020 | 07:03
Bu gün Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və icra aparatı işçiləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri şəhid analarının ziyarətində olub, hədiyyələr təqdim edərək bayramlarını təbrik ediblər.
Şəhid ailələri ilə görüş zamanı sakinlərlə fərdi söhbət aparılaraq, onları narahat edən məsələlər dinlənilib, aidiyyəti üzrə problemin həllinə dair göstərişlər verilmiş və araşdırılması üçün qeydlər aparılmışdır.
Şəhid anaları timsalında 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə bütün qadınlarımızı təbrik edirik.