Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsaqqallar Şurasının növbəti hesabat seçki yığıncağı keçirilmişdir

14 fevral 2013 | 16:00

7 fevral 2013-cü il tarixdə Neftçala rayonu İcra Hakimiyyətinin akt zalında rayon Ağsaqqallar Şurasının növbəti hesabat seçki yığıncağı keçirildi. İclasda 120 nəfərə yaxın rayon ağsaqqalı iştirak edirdi. Rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev də yığıncaqda iştirak etmişdir. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini xanım Gültəkin Sadıqova açdı. Sonra iclası rayon Ağsaqqallar Şurasının sədri professor İmamverdi apardı. O, hesabat dövründə rayon Ağsaqqallar Şurasının hesabat məruzəsi ilə çıxış etdi. Tədbirdə rayonun bir neçə ağsaqqalı çıxış edərək, rayonumuzda aparılan quruculuq işlərindən söz açdılar, rayon ictimaiyyətinin bütün nümayəndələri tərəfindən görülən yenidənqurma və bərpa işlərinin yüksək qiymətləndirildiyini və böyük razılıqla qarşılandığını qeyd etdilər. Yığıncaq iştirakçıları yekdilliklə professor İmamverdi Əbilovu növbəti müddətə rayon Ağsaqqallar Şurasına rəhbərlik etmək üçün sədr seçdilər. Tədbirin sonunda rayon ağsaqqalları adından respublika Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

Keçidlər