Xəzər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2012-ci ilin yekunlarına həsr olunmuş yığıncağı keçirilmişdir
28 yanvar 2013-cü il tarixdə Neftçala rayon İcra Hakimiyyəti başçısının Xəzər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2012-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev və Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə İş Şöbəsinin baş məsləhətçisi Dəyanət Abdullayev iştirak etmişdir. Xəzər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlham Gözəlov məruzə edərək qeyd etmişdir ki, Azərbaycanın müasir dövrdəki uğurları, dünya iqtisadiyyatının problemləri fonunda, Azərbaycan Respublikası iqtisadiyyatının sürətlə inkişaf etməsi, dünya iqtisadi böhranının Azərbaycana təsir etməməsi, qeyri-neft sektorunun inkişafı ulu öndərin layiqli davamçısı möhtərəm prezident İlham Əliyevin düzgün siyasətinin və fəaliyyətinin nəticəsidir. “Regionlarda sosial-iqtisadi inkişaf haqqında Dövlət Proqramı”nın qəbulu və həyata keçirilməsi məhz cənab prezident İlham Əliyevlə bağlıdır. Bu proqramının real nəticəsini, biz Xəzər kənd sakinləri öz gözlərimizlə görürük. Bunun ən bariz nümunəsi kimi, Neftçala rayon İcra Hakimiyyəti başçısı cənab İsmayıl Vəliyevin şəxsi nəzarəti və köməkliyi nəticəsində nümayəndəlikdə 260 yerlik orta məktəbin tikintisi, yeni şose yolunun çəkilişinə başlanmasını göstərmək olar. 2012-ci ilin sentyabr ayında rayon İcra Hakimiyyəti başçısının əraziyə gəlməsi, işlərin gedişi ilə şəxsən tanış olub öz tövsiyələrini və göstərişlərini verməsi onun bu işlərə nə qədər önəm verməsinin sübutudur. Buna görə, biz Xəzər kənd sakinləri ölkə başçısı cənab İlham Əliyevə, Neftçala rayon İcra Hakimiyyəti başçısı cənab İsmayıl Vəliyevə öz dərin təşəkkürümüzü bildiririk. Yığıncaqda kənd sakinləri Kərimov Kərimxan, Fərəcov Ataxan, Hüseynov Bəhrəmxan və başqaları çıxış edərək Neftçala Rayon İcra Hakimiyyəti başçısı cənab İsmayıl Vəliyevə, Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayevə öz dərin minnətdarlığını bildirərək, rayonda və kənddə gedən quruculuq abadlıq işlərindən danışmışlar. Bildirmişlər ki, kəndimizdə rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyevlə görüşdə qaldırılmış təkliflərdən Xəzər kənd məktəbinin tikintisi, Şorsulu-Xəzər kənd yolunun çəkilişi, içməli su təminatının yaxşılaşdırılması işlərinin reallaşması artıq göz qabağındadır. Bütün görülən müsbət işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Neftçala Rayon İcra Hakimiyyəti başçısı cənab İsmayıl Vəliyevə öz dərin minnətdarlığımızı bildiririk. Cənab Dəyanət Abdullayev yığıncaq iştirakçılarını salamlayaraq qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət xəttini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yeni tarixi şəraitə uyğun olaraq davam etdirir, hər il olduğu kimi 2012-ci ildə bu strategiya ölkəmizə böyük uğurlar gətirmişdir. Ölkə prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətdən, ölkə əhalisinin maddi rifah halının yüksəldilməsi üçün gördüyü işlərdən söhbət açdı. Bunlara əyani sübut kimi Şorsulu-Xəzər kənd şose yolunun çəkilişini, Xəzər kəndində tikilən yeni məktəb binasını göstərdi, yaxın vaxtlarda ölkə prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq, regionların o cümlədən Xəzər kəndinin qazla təmin olunacağını qeyd etdi. Cənab Dəyanət Abdullayev hətta dağ kəndlərinin də qazla təmin olunduğunu dedi və bildirdi ki, Neftçala rayonu aran zonasında yerləşdiyi üçün bu işlər daha da sürətlə gedəcəkdir. Daha sonra Respublikada aparılan meliorasiya işlərini qeyd etdi və bildirdi ki, Neftçala rayonu kollektor drenaj sisteminin yaxşılaşdırılması planlaşdırılan rayonlardan biri olacağını və məhsuldarlığın artacağını qeyd etdi. Görüşün sonunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev çıxışda qaldırılan məsələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.