Şriftin ölçüsü :

Saytın rəngi :

2 Fevral Gənclər günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir

02 fevral 2013 | 16:00

1 fevral 2013-cü tarixdə Neftçala rayonunda Gənclər günü ilə əlaqədar geniş tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Tədbir sonra rayonun “Xatimə” şadlıq sarayında davam etdirildi. Tədbirə rayonun 160-a yaxın gənci dəvət olunmuşdur. Tədbiri ilk öncə rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev açdı. O, gəncləri təbrik edib, onlara gələcək işlərində uğurlar arzuladı. Sonda tədbir rayonun mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə geniş konsert proqramı ilə davam etdirildi. Tədbirdə 10-larla gənc mükafat və fəxri fərmanlarla mükafatlandırıldı.

 

Keçidlər