Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada tələbə adını qazanmış məzunlarla görüş keçirildi

04 sentyabr 2019 | 09:09

03 sentyabr  2019-cu il tarixdə Neftçala  Heydər Əliyev Mərkəzində  ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirildi.
Görüşdə  Neftçala  rayonu İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə-təşkilat rəhbərləri ümumtəhsil müəssisələrinin pedaqoji kollektivləri, ali məktəblərə qəbul olmuş tələbələr, valideynlər iştirak edirdilər.
Rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov  cıxış edərək tələbələri təbrik etdi və onlara yeni qəbul olduqları ali təhsil müəssisələrində müvəffəqiyyətlər arzuladı.
Tədbirdə Neftçala  rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev  geniş məruzə ilə çıxış edərək Ali təhsili müəssisələrinə qəbul imtahanlarında müvəffəqiyyətlə iştirak edərək tələbə adını qazanmış məzunları, onların valideynlərini və rayonun bütün təhsil ictimaiyyətini səmimi qəlbdən təbrik etdi.  Qarşıdan gələn yeni dərs ili münasibətilə  bütün təhsil işçilərini təbrik edib, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən müstəqil müasir Azərbaycanımızda təhsil işçilərinə və tələbələrə  möhkəm cansağlığı, sülh, rifah, yeni-yeni uğurlar arzuladı.
Ölkə başçısının təhsilə olan diqqət və qayğısı respublikanın hər yerində olduğu kimi, Neftçala rayonunda da həyata keçirilir. Son illərdə rayon ərazisində  müasir tələblərə cavab verən  10 ümumtəhsil məktəbinin tikilib istifadəyə verilmiş, 12 modul tipli məktəbin quraşdırılmış, bir  çox təhsil müəssisələrinin əsaslı və cari təmir edilməsi buna əyani sübutdur.Bütün bunların nəticəsidir ki, ali və orta ixtisas təhsil müəssislərinə qəbul olunan məzunlarımızın sayı  ildən ilə artır.
Neftçala  rayonunda təhsilin inkişafına hər zaman göstərdikləri diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident  hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı  bildiririk.

İsmayıl Vəliyev bildirdi ki, Siz, vətənimizin və xalqımızın inkişafı naminə yaxşı təhsil almalı, seçdiyiniz ixtisası mükəmməl öyrənməli, öz peşənizin əsl sahibinə çevrilməlisiniz. Hər biriniz müstəqil Azərbaycanın gələcəyi üçün məsuliyyət daşımalı, ana dilini və Vətən tarixini dərindən öyrənməli, milli dəyərlərimizə sahib çıxmalı, mənsub olduğunuz xalqın layiqli vətəndaşı olmalısınız. Əminik ki, siz tələbə adını qazanmış gənclərimiz yüksək səviyyəli peşəkar mütəxəssislər kimi yetişərək ölkəmizin və rayonumuzun sosial-iqtisadi, mədəni həyatının yenidən qurulmasına öz layiqli  töhfələrinizi verəcəksiniz.
Bu il rayonumuzun ümumtəhsil məktəblərini bitirmiş 505 nəfərdən 227 nəfərinin ali məktəblərə qəbul olmuşdur. 34  məzun 500-600 bal arası, 10 məzun isə 600 baldan yuxarı nəticə göstərmişdir.
          İsmayıl Vəliyev  bir daha tələbə adını qazanmış bütün məzunları səmimi-qəlbdən təbrik etdi, gələcək təhsil yollarında onlara uğurlar arzuladı.
Tədbirdə məzunları yüksək nəticə göstərmiş Qismət Nuralıyev adına Xolqaraqaşlı kənd tam orta məktəbinin direktoru Ruhəngiz Nəcəfova,  624 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi  fakultəsinə qəbul olmuş Samid İmanov adına Neftçala şəhər 1 saylı tam orta məktəbin məzunu   Seyidxanım Mirzoyeva, rayon üzrə ən yüksək bal toplamış Humanitar təmayüllü “Muğan” liseyinin məzunu, Bakı Ali Neft Məktəbinin Neft-Qaz Mühəndisliyi fakultəsinin tələbəsi   Abızadə Hüseyn Həsən oğlu və valideyni İlhamə Abıyeva, 620 bal toplayaraq Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fakultəsinə qəbul olan II Qaralı kənd tam orta məktəbin məzunu Fərəcova Səkinə Vüqar qızı Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı Gənclər birliyinin  sədri Ülvi Fərzəliyev  çıxış edərək ölkəmizdə təhsilə göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.
Sonda 600 baldan yüksək nəticə göstərən bir qrup tələbəyə qiymətli hədiyyələr təqdim olundu.

Keçidlər