Şriftin ölçüsü :

Saytın rəngi :

E L A N

08 avqust 2019 | 09:08

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 2019-cu ilin avqust ayının 8-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Salyan rayon Heydər Əliyev Mərkəzində (Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, 42) Salyan rayonundan olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Neftçala rayon Heydər Əliyev Mərkəzində (Neftçala şəhəri, Heydər Əliyev prospekti, 34) Neftçala rayonundan, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Biləsuvar rayon Heydər Əliyev Mərkəzində (Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi, 213) Biləsuvar rayonundan olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-55-21 və (012) 498-97-81 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Sıra №-si   Şəhər (rayon)            Əlaqələndirici şəxs                          Əlaqə telefonu

1                Salyan rayonu           Günaydın Əhədova           050-442-11-18      02125-5-52-41

2               Neftçala rayonu          Elmira Kazımova              050-467-34-69      02126-3-43-09

3              Biləsuvar rayonu         Rəfiqə Cəfərova                050-382-58-95      02529-5-00-37

 

Keçidlər