Neftçala rayonu Xolqarabucaq kəndində səyyar qəbul-görüş keçirildi
15 may 2019-cu il tarixdə Rayon İcra Hakimiyyəti başçısının rayonun Xolqarabucaq kəndində növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Tədbirdə İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab İ. Vəliyev çıxış edərək rayonun sosial-iqtisadi inkişafından, son illərdə kənd təsərrüfatının sürətli inkişafı nəticəsində əldə olunan uğurlardan, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə məlumat verdi.
Görüş zamanı vətəndaşların müraciətləri dinlənildi. Qaldırılan məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı üzrə idarə idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıq verdi. Bir sıra məsələlər isə yerində həll olundu.
Kənd sakinləri onların problemlərin həlli ilə bağlı yerlərdə keçirilən görüşlərdən razı qaldıqlarını qeyd edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.