Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə musiqili tədbir keçirildi

30 dekabr 2012 | 16:00

Neftçala rayonunda Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə 29 dekabr 2012-ci il tarixdə tədbir keçirilmişdir. Tədbir iştirakçıları, başda Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev olmaqla əvvəlcə Ulu Öndər-Heydər Əliyevin abidəsi önünə əklil qoymuş və gül dəstələri düzmüşlər. Sonra tədbir Xanoğlan Məmmədov adına Mədəniyyət və İncəsənət sarayında musiqili proqramla davam etmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev çıxış edərək rayon ictimaiyyətini təbrik etmişdir. Ümummilli lider Heydər Əliyevin dövlətçilik konsepsiyasının əsas strateji ideyalarından biridə məhz azərbaycanlıların həmrəyliyi və birliyi ilə bağlı olub. Dünyanın müxtəlif regionlarında yaşayan azərbaycanlıların milli icma çərçivəsindən çıxaraq mütəşəkkil diaspor halında formalaşması və güclənməsi, yaşadığı ölkələrdə siyasi, iqtisadi fəaliyyətlərini genişləndirməsi, milli maraqlara xidmət etməsi bu siyasətin prioritet istiqaməti olub. Dünya azərbaycanlılarının vahid ideya, məqsəd və prinsiplər ətrafında sıx birliyini təmin edilməsi üçün məqsədyönümlü tədbirlər bu gündə davam etdirilir.

Keçidlər