Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması Neftçala rayonunda da sevinclə qeyd olunmuşdur
07 aprel 2019 | 02:04
Azərbaycan Respublikası əhalisinin sayının 10 milyon nəfərə çatması münasibətilə 06 aprel 2019-cu il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayonun Bayraq Meydanında konsert proqramı təşkil olunmuşdur. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə,müəssisə və təşkilat rəhbərləri ,ictimaiyyəti nümayəndələri iştirak etmişlər. Konsertdə rayonun incəsənət ustaları tərəfindən milli musiqilər səsləndirilmiş, rayon məktəblilərinin hazırladığı flaşmob nümayiş olunmuşdur.Tədbir atəşfəşanlıqla başa çatmışdır.