Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin “Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərlə görüşü keçirilmişdir.

15 mart 2019 | 07:04

14 mart 2019-cu il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Neftçala Heydər Əliyev Mərkəzində “Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərlə, idarə, müəssisə və təşkilat rəhbərlərinin, məktəb direktorlarının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüşü keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyası haqqında, Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafına, ekologiyanın qorunmasına diqqəti, hər il ölkə vətəndaşlarının pulsuz müayinəyə cəlb olunması, şəhid və əlil ailələrinə, qaçın və məcburi köçkünlərə, aztəminatlı ailələrə, internat və qocalar evlərində yaşayanlara qayğısı barədə tur aksiya iştirakçılarına geniş məlumat vermişdir.

Görüşdə çıxış edən şagirdlər,valideyinlər və müəllimlər məktəblilərə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Keçidlər