Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllü fəaliyyətinə sən də qoşul!

19 mart 2019 | 04:03

Neftçala Rayonu İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturunda könüllülük fəaliyyətinə başlayır!

           Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədlə  Neftçala Rayonu İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlayır.
             Könüllülük  fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət (əmək haqqı ödənilməyən) hesab olunur. Qanuna müvafiq olaraq Neftçala Rayonu İcra Hakimiyyətində könüllü fəaliyyəti əsas etibarı ilə aşağıdakı istiqamətlər üzrə təşkil olunur:

  1. Neftçala Rayonu İcra Hakimiyyətində könüllü fəaliyyətin həyata keçirilməsi;
  2. Vətəndaşların qarşılanması və onları narahat edən məsələlərin dinlənilməsi;
  3. Müraciət edən vətəndaşlara düzgün izah verilməsi və aidiyyəti üzrə
       istiqamətləndirilməsi;
  4. Müraciətlərə əsasən ərizələrin yazılması və yazılmasında köməkliyin göstərilməsi;
  5. Əlillərə, yaşlı insanlara və imtiyazlı şəxslərə qayğı göstərilməsi;
  6. Vətəndaşlar arasında sorğular keçirilməsi, onları razı və narazı salan məsələlər
       barədə ümumiləşdirmələr aparılması;
  7. Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət
      sahələri.

           Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşulur və onlar müxtəlif sosial bacarıqlar və əmək vərdişləri aşılayan təlimlərdə iştirak edir.
            Neftçala Rayonu İcra Hakimiyyəti üzrə gündəlik olaraq 2 növbədə könüllülük fəaliyyəti təşkil olunur və könüllülər istədikləri növbə üzrə fəaliyyətə qoşula bilər. Növbələrin bölgüsü aşağıdakı kimidir:

   • 09:00-13:00 – Birinci növbə

   • 14:00-18:00 – İkinci növbə

           Neftçala Rayonu İcra Hakimiyyətində təşkil olunan könüllülük fəaliyyətinə təhsil səviyyəsindən asılı olmayaraq, 18-29 yaş arası gənclər müraciət edə bilər.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:

     

Namizədlər üçün tələblər:

• İntizamlılıq;
• Ünsiyyətcillik;
• Operativlik;
•  Kollektivdə işləmək bacarığı;
• Təşkilatçılıq;
• Təşəbbüskarlıq;
•  Kompüter bacarığı.

Məlumat üçün bildiririk ki, könüllülər sırasına qoşulmaq istəyən gənclər öz CV-ni (tərcumeyi-hal)  qarayev.e@neftchala-ih.gov.az  elektron poçtuna göndərə bilər.
Əlaqə nömrəsi: (050) 466-55-12.
Müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqdır.

CV forması

Keçidlər