Neftçala rayonunda Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətinin əməkdaşları tərəfindən işgüzar forum keçirilmişdir.
Oktyabrın 9-da Neftçala Rayonu İcra Hakimiyyətinin akt zalında Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətinin əməkdaşları tərəfindən işgüzar forum keçirilmişdir.Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətinin əməkdaşları, bələdiyyələr və nümayəndələr iştirak etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətinin rəisinin müavini Rafiq Süleymanov çıxış edərək “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktlar, onların tələbləri, bu tələblərin pozulması halları və onları yaradan səbəb və şərait barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.