Bakının işğaldan azad olmasının 100-cü ildönümü münasibətilə Neftçalada şəhid olmuş türk əskərlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olundu.
16 sentyabr 2018 | 03:09
15 sentyabr 2018-ci il tarixdə Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100-cü ildönümü münasibətilə Neftçala rayonu Bankə qəsəbəsi Seyidlər qəbristanlığında yerləşən şəhid türk əskərlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olundu.
Ziyarətdə Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, eləcə də rayon ictimaiyyəti də iştirak etmişdir.
İlk öncə məzarlığın üzərinə gül dəstələri qoyuldu sonra Neftçala şəhər 4 saylı tam orta məktəbin tarix müəllimi Nicat Axundzadə 100 il öncə baş vermiş hadisələr haqqında ətraflı məlumat verdi.