Neftçala rayonunda Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü anılmışdır
Ümummilli lider Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar Neftçala rayonunda da anım tədbirləri keçirilmişdir. Tədbir iştirakçıları, başda Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev olmaqla əvvəlcə Ulu Öndər-Heydər Əliyevin abidəsi önünə əklil qoymuş və gül dəstələri düzmüşlər. Bundan sonra tədbir Heydər Əliyev muzeyində davam etdirilmişdir. İlk öncə Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Ümummilli liderin 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrü əhatə edən idarəçilik, dövlətçilik siyasəti ilə bağlı geniş məruzə ilə çıxış etmişdir. Sonra 1 saylı orta məktəbin şagirdlərinin Ümummilli lider haqqında söylədikləri şerlər dinlənilmişdir. Tədbirin sonunda tədbir iştirakçıları Heydər Əliyevin həyat və yaradıcılığını özündə əks etdirən foto stendlərə baxılmış və sənədli filmi izləmişlər.