26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə bağlı narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində “Narkotiklərə yox deyək” mövzusunda tədbir keçirilib
“Konstitusiya və Suverenlik ili” çərçivəsində Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya tərəfindən 26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə bağlı narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində “Narkotiklərə yox deyək” mövzusunda tədbir keçirilib. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, Komissiyaya daxil olan idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də müəllimlər, şagirdlər, gənclər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib. İlk öncə Azərbycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların və Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları bu gün ümumbəşəri bəlaya çevrilmiş narkomanlıqla mübarizə sahəsində həyata keçirilən Dövlət siyasətindən ətraflı bəhs ediblər. Natiqlər aparılan təbliğat, maarifləndirmə işlərinin əhəmiyyətini xüsusi vurğulayaraq bu sahədə əldə edilən uğurlu nəticələri nümunə göstəriblər. Geniş fikir mübadiləsi şəraitində keçən tədbirdə iştirakçıları maraqlandıran məsələlər barədə danışılmışdır.







