Neftçala rayonunda Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunmuşdur.
13 iyun 2018 | 09:06
12 iyun 2018-ci il tarixdə Neftçala rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala şəhərində yerləşən “Avtoturist” istirahət mərkəzində rayon ictimaiyyəti üçün iftar süfrəsi təşkil olunmuşdur.Tədbirdə rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri, veteranlar, şəhid ailələri və dindarlar iştirak etmişdir.
İftar mərasimində Qurani-Kərimdən ayələr və Ramazan duası oxunmuş, Ramazan ayının insanlar arasında birlik, bərabərlik və həmrəyliyin tərənnümçüsü olduğu qeyd edilmişdir. Mərasimdə ölkə rəhbərliyi səviyyəsində milli-mənəvi dəyərlərə göstərilən dövlət qayğısı xüsusi vurğulanaraq, edilən dualarda Uca Yaradandan xalqımıza firavanlıq, ölkəmizə sülh və əmin-amanlıq arzulanmışdır.