Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi
10 may 2018-ci il tarixində Neftçala rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə Neftçala rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev, hüquq mühafizə orqanlarının rəhbərləri və digər qonaqlar iştirak edirdilər. İlk öncə Mərkəzin qarşısında Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüldü. Gülqoyma mərasimindən sonra mərkəzin foyesindəki kitab sərgilərinə, məktəblilərin əl işlərinə tamaşa etdilər.
Mərkəzdə toplaşanlar böyük maraqla ümummilli lider Heydər Əliyevin zəngin ömür yolunu, genişmiqyaslı ictimai-siyasi fəaliyyətini əks etdirən filmə tamaşa etdilər.
Rayonun musiqi kollektivlərinin Ulu Öndərin xatirəsinə həsr olunan müxtəlif musiqi nömrələri xüsusilə tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib.