VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ
02 may 2018 | 02:05
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir. Buna uyğun olaraq, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri tərəfindən 04 may 2018-cı il tarixdə Saatlı rayonunda Heydər Əliyev Mərkəzində Neftçala, Biləsuvar, Cəbrayıl, Şirvan, Sabirabad, Salyan, Hacıqabul rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir. Qəbula yazılmaq istəyən vətəndaşlar Rayon İcra Hakmiyyətində (02126) 3-42-26 nömrəli telefona müraciət edə bilərlər.