Şriftin ölçüsü :

Saytın rəngi :

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini regionlararası əlaqələri inkişaf etdirmək məqsədilə Neftçala rayonuna səfər edib.

02 mart 2018 | 08:03

01 mart 2018-ci il tarixdə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevlə görüşüb.

Səfir Labardinini salamlayan İcra Hakimiyyətinin başçısı ona rayonda fəaliyyət göstərən istehsal müəssisələri və rayonun təbbi sərvətləri barədə ətraflı məlumat verdi.
Səfir 
Rodriqo Labardini isə öz növbəsində, Meksika və onun iqtisadi-ticari potensialı, eyni zamanda, ixrac səviyyəsi barədə danışdı. Qeyd etdi ki, neft və qaz Meksika ilə Azərbaycanı birləşdirən təbii bağlılıqdır. 

Tərəflər Neftçala şəhəri ilə Meksikanın Aquaskalientes (Aguascalientes) şəhəri arasında qardaşlaşmanın mümkünlüyündən söz açaraq, bu münasibətin iki xalqı daha da yaxınlaşdıracağına ümid etdilər.

Sonra səfir Rodriqo Labardini rayonda fəaliyyət göstərən "Azər Yod"MMC, Xıllı Nərə Balıqartırma zavodu və Neftçala Sənaye Məhəlləsində yerləşən istehsal müəssisələri ilə yaxından tanış oldu.

Keçidlər