Neftçalada şəhid torpağa tapşırıldı.
21 yanvar 2018 | 04:01
Yanvarın 19-dan 20-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri, 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov torpağa tapşırılıb. Şəhid doğulduğu Neftçala rayonunun Bankə qəsəbəsindəki Seyidlər qəbiristanlığında dəfn olunub.Dəfn mərasimində rayon İcra Hakimiyyəti başçısı, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi yoldaşları və xidmət etdiyi hərbi hissənin zabitləri iştirak edib
Dəfn mərasimi fəxri qaravul və yaylım atəşi ilə müşayiət edilib. Azərbaycan bayrağı hərbi hissənin komandiri tərəfindən şəhidin atasına təqdim edilib.