Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş bayram tədbiri keçirilmişdir

01 yanvar 2018 | 04:01

29 dekabr 2017-ci il tarixində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Neftçala Heydər Əliyev Mərkəzində bayram tədbiri keçirilmişdir. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı cənab İsmayıl Vəliyev , rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və rayonun ictimai-siyasi həyatında fəallıq göstərənlər iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev tədbirdə iştirak edənləri və onların simasında Neftçala rayonunun bütün sakinlərini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə səmimi qəlbdən təbrik etdi.

Tədbir rayon mədəniyyət işçilərinin təşkil etdiyi geniş konsert proqramı ilə davam etdirildi.

Keçidlər