Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Neftçala rayonunda vətəndaşları qəbul etmişdir
Noyabrın 30-da Dövlət İmtahan Mərkəzi (DİM) Neftçaladakı Heydər Əliyev Mərkəzində ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni qaydaları ilə bağlı seminarlar keçirib.
Seminarlarda Şirvan şəhər, Neftçala, Hacıqabul, Salyan, İmişli, Saatlı və Sabirabad rayonlarının təhsil şöbələrinin nümayəndələri, ümumtəhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak ediblər.
Plenar iclasda DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni qəbul qaydalarına dair təqdimatla çıxış edib və bu sahədə aparılan işlər haqqında ətraflı məlumat verib.
M.Abbaszadə seminar iştirakçılarının suallarını cavablandırıb.
Daha sonra müzakirələr Azərbaycan dili, riyaziyyat və xarici dil (ingilis və fransız dilləri) fənləri üzrə davam etdirilib.
DİM-in şöbə müdiri Afiqə Batıyeva buraxılış imtahanlarının modelləri haqqında, BDU-nun nəzdində Türk liseyinin müəllimi Saməddin İbrahimov isə Azərbaycan dili fənni üzrə 9 illik təhsil bazasında buraxılış imtahanı proqramı barədə məlumat verib, imtahan nəticələrinin statistik göstəriciləri əsasında test tapşırığı nümunələri və qiymətləndirmə meyarlarını təqdim edib.
Riyaziyyat fənni üzrə seminarda DİM-in sektor müdiri Aydın Qasımov 9 illik təhsil bazasında buraxılış imtahanı proqramı haqqında danışıb. BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimi Aqşin Abdullayev isə fənn üzrə imtahan nəticələrinin statistik göstəriciləri əsasında test tapşırığı nümunələri və qiymətləndirmə meyarlarını diqqətə çatdırıb.
İngilis dili fənni üzrə seminarda Bakı şəhəri 115 nömrəli tam orta məktəbin müəllimi (DİM-in ingilis dili fənni üzrə elmi-metodiki seminarının rəhbəri) Şəhla Musayeva və fransız dili fənni üzrə ADU-nun professoru (DİM-in fransız dili fənni üzrə elmi-metodiki seminarının rəhbəri) Çəmən Babaxanova buraxılış imtahanlarında istifadəsi nəzərdə tutulmuş tapşırıq modelləri haqqında çıxışlar ediblər.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Seminarlarda müzakirə edilmiş məsələlər haqqında iştirakçıları maraqlandıran suallar DİM-in əməkdaşları və fənlər üzrə ekspertlər tərəfindən cavablandırılıb.