Neftçala rayonunda 5 oktyabr-Müəllimlər gününə həsr olunmuş tədbir keçirildi
05 oktyabr 2017-ci il tarixdə Neftçala rayonunda 5 oktyabr-Müəllimlər gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəsisə və təşkilatların rəhbərləri, təhsil işçiləri, məktəb direktorları və müəllimlər iştirak etdi. İştirakçılar əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsini ziyarət etdilər və əziz xatirəsinə tər çiçəklər qoydular.
Tədbiri giriş sözü ilə Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov açaraq rayonda təhsilin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi və müəllimlərin qazandığı uğurlardan danışdı.
Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03 oktyabr 2017- ci il tarixli Sərəncamı ilə Qədimkənd kənd tam orta məktəbinin tarix müəllimi Eybullayev Elçin Fərhad oğlunun “Əməkdar müəllim” fəxri adına layiq görülməsi münasibətilə təbrik edildi.
Tədbirdə Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev çıxış edərək bütün təhsil işçilərini və müəllimləri peşə bayramları münasibətilə təbrik etdi, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.
Sonra bir qrup təhsil işçisi çıxış edərək onların əməyinə verilən yüksək qiymətə görə ölkə başçısı İlham Əliyev cənablarına və Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Sonda təhsildə fərqləndiklərinə görə bir qrup müəllimə Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil şöbəsinin fəxri fərmanları təqdim olundu.
Tədbirdə rayonun tanınmış incəsənət ustaları çıxış etdilər.