Neftçala rayonu İcra Hakimiyyəti başçısının 9 aylıq hesabatı
Oktyabr ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Neftçala Rayonu İcra Hakimiyyətinin qarşısında duran məsələlər barədə hesabat keçirilmişdir. Hesabatda İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev çıxış edərək bildirmişdir ki, 2012-ci ilin doqquz ayında rayonda ümumi məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 20,7 % artmışdır.
Hesabat dövründə ümumi məhsul istehsalı 136,5 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,4 milyon manat çoxdur. 2012-ci ilin doqquz ayında ümumi məhsulun tərkibində sənaye məhsulu 18 milyon 690,9 min manat və ya ümumi məhsulun 13,7 %-i qədər, kənd təsərrüfatı məhsulu 57 milyon 639,0 min manat və ya 42,2 %, nəqliyyat xidməti 1 milyon 332,2 min manat və ya 1,0 %, rabitə xidməti 318,9 min manat və ya 0,2 %, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 43 milyon 931,3 min manat və ya 32,2 % , tikinti işlərinin həcmi 14 milyon 554,4 min manat və ya 10,7 % olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 87,4 %-ə çatmışdır. Adambaşına 1670,0 manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2011-ci ilin doqquz ayına nisbətən 19,3 % çoxdur.
2012-ci ilin doqquz ayında rayonda 5 yeni müəssisə yaradılmış, 532 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələrin hesabına 10, fiziki şəxslər üzrə 532, mövcud müəssisə və təşkilatlarda 123, cəmi 665 daimi yeni iş yeri açılaraq işsiz və iş axtaran vətəndaşlar işlə təmin olunmuşdur. Kənd təsərrüfatında mövsümü işlərə 1116 nəfər, rayonda aparılan tikinti-abadlıq işlərinə 182 nəfər cəlb olunmuşdur. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.
Hesabat dövründə rayonda fəaliyyət göstərən 14 sənaye müəssisəsində, 8-i kiçik müəssisə olmaqla, fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 18 milyon 690,9 min manatlıq sənaye məhsulu istehsal olunmuş, iş və xidmətlər yerinə yetirilmişdir. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 86,1 % təşkil etmişdir.
2012-ci ilin doqquz ayında Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən fiziki şəxslərin işi nəzərə alınmaqla 439,0 min ton yük, 4 milyon 629,0 min nəfər sərnişin daşınmışdır ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən yük daşınması 7,1 faiz, sərnişin daşınması isə 4,9 faiz çoxdur.
Hesabat dövründə Rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 318,9 min manatlıq rabitə xidməti göstərilmişdir. Ümumi xidmətin 96,9 faizi bilavasitə əhalinin payına düşür. Hazırda rayonda hər 100 ailəyə 59 ədəd telefon aparatı düşür.
Cari ilin doqquz ayında əhalinin nominal pul gəlirləri 37 milyon 9,5 min manat olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,6 % artmışdır. Adambaşına düşən pul gəlirləri 12,3 % artaraq 452,9 manat olmuşdur. Rayon üzrə bir işçinin orta aylıq əmək haqqı 252,4 manat təşkil edir. Bu isə 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,5 % çoxdur. İlin əvvəlindən əhaliyə 105,0 milyon manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 18,7 % artaraq 88,9 milyon manata, pullu xidmətlərin həcmi 16,8 % çoxalaraq 14,3 milyon manata, iaşə xidmətlərinin həcmi 8,8 % artaraq 1,8 milyon manata çatmışdır.
2012-ci il üçün rayonun yerli gəlirləri 3 milyon 944,0 min manat, xərcləri isə 14 milyon 162,3 min manat təsdiq olunmuşdur. 2012-ci ilin doqquz ayında büdcəyə 2 milyon 938,3 min manata qarşı 3 milyon 225,2 min manat vəsait daxil olmuş və ya 110 % icra olunmuşdur. Yerli xərclər 10 milyon 206,1 min manata qarşı 9 milyon 662,7 min manat və ya 94,7 % icra olunmuşdur.
01 oktyabr 2012-ci il tarixə pensiya və müavinət alanların sayı 13118 nəfər, ünvanlı dövlət sosial yardımı alanların sayı 1484 nəfər olmuş, 146 kimsəsiz, ahıl və əlillərə sosial məişət xidməti göstərilmişdir.
2012-ci ilin doqquz ayı ərzində Rayon Məşğulluq Mərkəzi tərəfindən 275 nəfər iş axtaran vətəndaş daimi iş yerləri ilə təmin olunmuş və 33 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmişdir. Peşə hazırlığı kurslarına 32 nəfər, haqqı ödənilən ictimai işlərə 44 nəfər cəlb olunmuşdur.
Sahibkarlığın inkişafına dəstək olaraq rayonda fəaliyyət göstərən 3 bank və 1 bank olmayan kredit təşkilatlarının filialları tərəfindən 2012-ci ilin doqquz ayında sahibkarlara və vətəndaşlara ümumilikdə 2 milyon 580,7 min manat, o cümlədən, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 4 nəfər sahibkara 43,0 min manat kredit verilmişdir.
2012-ci ilin 9 ayında Neftçala Elektrik Şəbəkəsi tərəfindən 110,2 milyon kvt. saat rayona elektrik enerjisi verilmiş, o cümlədən elektrik enerjisinin 47,5 milyon kvt. saatı əhaliyə satılmış, həmin enerjinin dəyərinin 61,7 faizi ödənilmişdir.
2012-ci ilin 9 ayında Rayon Qaz İstismar Sahəsi tərəfindən 6 milyon 770,6 min kub metr həcmində rayona təbii qaz verilmiş, o cümlədən əhaliyə satılan qazın ümumi həcmi 6 milyon 134,3 min kub metr olmuş, bunun da dəyərinin 97,1 faizi ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövründən 19,4 faiz çox olmuşdur. Rayonda qaz təchizatı sisteminin yaxşılaşdırılması məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müxtəlif ölçüdə 43 min 686,1 metr boru xətləri çəkilmişdir. Hazırda rayonun qazlaşdırılması işləri davam etdirilir.
2012-ci ilin 9 ayında rayonda fəaliyyət göstərən üç nərəbalıqartırma zavodları tərəfindən 2 milyon 870 min ədəd nərə cinsli körpə balıqlar yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır.
Rayonda hesabat dövründə aqrar sahədə müsbət irəliləyişlər olmuşdur. Belə ki, cari ilin doqquz ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu artaraq 57 milyon 639 min manat olmuşdur. Göstərilən dövrdə diri çəkidə 4529,4 ton ət, 14680 ton süd, 2930 min ədəd yumurta, 236,6 ton yun istehsal olmuş, ötən ilin 9 ayı ilə müqayisədə ət istehsalı 162,3 ton, süd istehsalı 282,6 ton, yumurta istehsalı 129 min ədəd, yun istehsalı 43,1 ton artmışdır.
2012-ci ilin məhsulu üçün 39809 hektar sahəyə taxıl əkilmiş, sahələrdən 102,2 min ton məhsul toplanmışdır.
Bitkiçilik sahəsindən yüksək məhsul götürmək məqsədi ilə meliorativ tədbirlərin həyata keçirilməsində müəyyən işlər görülmüşdür. Hesabat dövründə Rayon Su Meliorasiya idarəsi tərəfindən 349 km suvarma kanalları, 94 km kollektor-dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 49 ədəd, kollektor-drenlərdə 56 ədəd hidrotexniki qurğular və nasos aqreqatları əsaslı və cari təmir edilmişdir.
Heyvandarlığın inkişafı sahəsində müsbət irəliləyişlərə nail olmaqla 01 oktyabr 2012-ci il tarixə iri buynuzlu mal-qaranın baş sayı 4595 baş, qoyun və keçilərin baş sayı 124156 başa çatdırılaraq ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 779 və 6631 baş artmışdır.
Fermer və sahibkarlara texnika və mineral gübrələrlə təminatını yaxşılaşdırmaq məqsədi ilə Respublika “Aqrolizinq” ASC-nin Neftçala “Aqroservis” filialının fəaliyyəti genişləndirilərək müxtəlif növ texnikaların sayı 121-ə çatdırılmış, fermerlərin mineral gübrələrlə təminatı xeyli yaxşılaşdırılmışdır.
Rayonun Xol zonasında 17000 hektardan yuxarı suvarılan əkin sahələrinin tam suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar Respublika rəhbərliyinin müvafiq sərəncamı ilə Kür çayından Xol zonasına 25 km uzunluğunda Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə layihəsinin tikintisi 2006-cı ildə başlanmışdır. Bu kanalın tikintisi 2008-2015-ci illərdə Azərbaycan Respublikasında “Əhalinin Ərzaq məhsulları ilə tam təminatına dair Dövlət Proqramı”na daxil edilmiş, kanalın 2008-2013-cü illər ərzində tikilib başa çatdırılması nəzərdə tutulmuş, bununla əlaqədar 2006-cı ildən 2012-ci ilin doqquz ayınadək həmin kanalın tikintisinə 8,7 milyon manat vəsait sərf olunmuşdur. Layihənin icrasının sürətləndirilməsinə ciddi ehtiyac vardır.
Hesabat dövründə rayonun təmir-tikinti təşkilatları və xidmətləri tərəfindən yerinə yetirilmiş işin həcmi 4 milyon 950 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9 % çox olmuşdur.
“Neftçala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 iyun 2012-ci il tarixli 2276 nömrəli sərəncamına əsasən 11 yaşayış məntəqəsini birləşdirən Şorsulu-Xolqarabucaq-Xəzərkənd avtomobil yolunun tikintisi və yenidən qurulması üçün ilkin olaraq 5,0 milyon manat vəsait nəzərdə tutulmuşdur. Hesabat dövründə yolun tikintisinə 2,5 milyon manat vəsait sərf olunmuşdur.
Rayonun Heydər Əliyev prospektində Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının, və Heydər Əliyev mərkəzinin tikintisi və prospekt boyunca aparılan abadlıq işləri uğurla davam etdirilir.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Kür çayı boyu ərazilərdə geniş miqyaslı bənd vurma işləri ilə yanaşı gələcəkdə Kür çayında baş verə biləcək daşqınların qarşısının birdəfəlik alınması məqsədilə çayın dibinin dərinləşdirilməsi layihəsi uğurla həyata keçirilir.
39 saylı Yol İstismar İdarəsi 2012-ci ilin 9 ayında yerinə yetirilmiş yol təmiri işləri və yolların saxlanmasına 538 min manat vəsait sərf edilmişdir.
Neftçala Su Kanal İdarəsi 2012-ci ilin 9 ayı ərzində istehlakçılara cəmi 684,1 min m3 su istehsal olunaraq nəql olunmuşdur ki, bunun da 413,3 min m3-i əhali qrupuna aid abonentlərə, 32,8 min m3-i büdcə təşkilatlarına, 20,0 min m3-i sənaye təşkilatlarına, 7,4 min m3-i kommersiya qumlarına ötürülmüşdür.
2012-ci ilin 9 ayında nəql olunmuş suyun dəyəri 216,2 min manat təşkil etmişdir ki, bunun da 156,0 min manatı əhalinin, 32,8 min manatı büdcə təşkilatlarının, 20,0 min manatı sənaye təşkilatlarının, 7,4 min manatı kommersiya qurumlarının payına düşmüşdür.
“Təmir-Tikinti” MMC tərəfindən hesabat dövründə rayonun səhiyyə, təhsil mədəniyyət obyektlərində və İ.Ə.N-də 56900 manatlıq cari təmir işləri görülmüşdür.
“Aqrartikinti Müəssisəsi” MMC tərəfindən hesabat dövründə rayonun prospekt, park və meydanlarda 314074 min manatlıq əsaslı təmir işləri aparılmışdır.
“Aran-4” MMC 2012-ci ilin 9 ayında 140202 manatlıq yol-təmir işləri yerinə yetirmişdir.
“Surac Təmir-tikinti”MMC-i 2012-ci ilin 9 ayı ərzində Bankə qəsəbəsində S.Vurğun adına parkda və qəsəbənin adını göstərən tikintinin inşasına bütövlükdə 39949 manat məbləğində vəsait sərf etmişdir.
Bankə qəsəbə Kommunal Müəssisələri Kombinatı 2012-ci ilin 9 ayı ərzində 29068 manatlıq, o cümlədən sanitar təmizliyə 17940 manatlıq, yaşıllaşdırma işlərinə 11128 manatlıq vəsait sərf etmişdir.
Xıllı qəsəbə Kommunal Müəssisələri Kombinatı 2012-ci ilin 9 ayı ərzində 14200 manatlıq, o cümlədən sanitar təmizliyə 9000 manatlıq, yaşıllaşdırma işlərinə 5200 manatlıq vəsait sərf etmişdir.
Neftçala şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 2012-ci ilin 9 ayı ərzində 112217 manatlıq, o cümlədən sanitar təmizliyə 76074 manatlıq, yaşıllaşdırma işlərinə 36143 manatlıq vəsait sərf etmişdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 iyul 2012-ci il 167 s saylı sərəncamı ilə rayona kommunal xidmət təyinatlı 2 ədəd nəqliyyat vasitəsi, 140 ədəd konteynerlər gətirilmişdir. Belə ki, rayona ayrılan kommunal xidmət təyinatlı avadanlıqlar, şəhərin təmizliyinə və abadlığına mühüm təsir göstərir.
Hesabat dövründə Kür çayının qalxması ilə əlaqədar təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən keçirilmiş təkrar baxış nəticəsində 283 evə baxış keçirilmiş, onlardan 78 ev qənaətbəxş, 23 ev qəzalı, 96 ev bərpa gücləndirmə, 86 ev təmirə ehtiyacı olan evlər kimi qeydə alınmışdır. Bununla yanaşı Rayonun Kür boyu ərazilərində olan bir-sıra yaşayış məntəqələrinə əlavə olaraq FHN-nin xüsusi komissiyası tərəfindən texniki baxış keçirilməsinə ciddi ehtiyac vardır.
2012-ci ilin doqquz ayında Rayon Təhsil Şöbəsi və rayonun təhsil müəssisələri təlim-tərbiyə işlərinin səviyyəsinin yüksəldilməsi, tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılması, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə bir sıra işlər görmüşlər.
Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi də diqqət mərkəzində saxlanılmışdır. Heydər Əliyevin anadan olmasının 89 ci ildönümü münasibətilə ulu öndərin həyatı və fəaliyyətinə həsr olunmuş inşa - yazı müsabiqəsinin rayon turu keçirilmiş, Qırmızıkənd kənd tam orta məktəbin X sinif şagirdi Söylü Ağazadə ən yüksək nəticə göstərərək Respublika turuna vəsiqə almışdır.
2012-ci ilin 9 ayında ali məktəblərə tələbə qəbulu keyfiyyətcə bir qədər də yaxşılaşmışdır. İlkin məlumata görə attestat alan 585 məzunun 332 nəfəri ali məktəbə qəbul üçün ərizə vermiş, onlardan 163 nəfəri tələbə adını qazanmışdır. Onlardan 26 nəfəri 500-lə 600 bal arasında, 5 nəfəri isə 600- dən yuxarı bal toplamışdır. Onlardan 2 nəfəri A. Surra kənd tam orta məktəbin məzunu Bağırlı Nigar İlqar qızı və Mirqurbanlı kənd tam orta məktəbin məzunu Bəşirli Leyla Elşad qızı Prezident Təqaüdünə layiq görülmüşlər.
Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq Rayon Təhsil Şöbəsi, şəhər 1, 2, 3, 4 saylı, “Muğan” liseyi, Həsənabad qəsəbə, Bankə qəsəbə 1 və 2 saylı, Mirqurbanlı kənd tam orta, Kürkənd kənd ümumi orta məktəbləri sürətli internetə qoşulmuşdur. Bu il daha 10 məktəbin sürətli internetə qoşulması üçün lazımi texniki işlər görülmüşdür.
2012-ci ilin ötən 9 ayı ərzində təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılmışdır. Bu müddətdə Xıllı qəsəbə 2 saylı tam orta məktəbi üçün inşa edilən 220 yerlik yeni məktəb binasının tikintisi başa çatdırılmış, sentyabrın 15-də şagirdlərin istifadəsinə verilmişdir. Bundan başqa daha 3 məktəb- II Qaralı kənd tam orta məktəbi üçün 200 yerlik, Xəzər kənd tam orta məktəbi üçün 260 yerlik, Yuxarı Qaramanlı kənd tam orta məktəbi üçün 360 yerlik yeni məktəb binalarının tikintisinə başlanılmışdır. Hazırda inşaat işləri davam etdirilir.
Yerli büdcədən məktəblərin cari təmirinə 36000 manat vəsait ayrılmış, məktəblərin cari təmiri başa çatdırılmışdır.
Hesabat dövründə 108,5 min manatlıq inventar və avadanlıqlar alınaraq məktəblərə verilmişdir.
Təhsil müəssisələrinin texniki vəziyyət ilə əlaqədar Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış Komissiya rayonun bütün məktəblərinə, uşaq bağçaları-körpələr evlərinə baxış keçirmiş, binaların fotoşəkilləri çəkilmiş, akt tərtib edilərək Respublika Nazirlər Kabinetinə təqdim edilmişdir. Nazirlər Kabineti tərəfindən təşkil edilmiş komissiyanın əməkdaşları tərəfindən də həmin təhsil müəssisələrinə baxış keçirilmişdir.
Rayonda ümumtəhsil məktəblərinin əksəriyyətinin və bir çox uşaq bağçalarının əsaslı təmirinə və yeni binanın tikintisinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə ehtiyacı vardır.
Hesabat dövründə Neftçala Mərkəzi Rayon Xəstəxanasında əhaliyə göstərilən ambulator-poliklinik xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Hazırda rayonda ümumi stasionar 160 çarpayılıq 2 xəstəxana, 15 həkim məntəqəsi və 4 tibb məntəqəsi fəaliyyət göstərir. Neftçala MRX və ona tabe olan tibb müəssisələrində 926 nəfər çalışır ki, bunlardan 131 nəfəri həkim, 445 nəfəri orta və 350 nəfəri isə kiçik tibb işçisi və digər xidmət personalıdır.Hesabat dövründə tibb işçilərinin ixtisasının artırılmasına, onların test imtahanlarından keçərək sertifikat almasına xüsusi diqqət yetirilmişdir. 2012-ci ilin 9 ayında 10 həkim və 21 orta tibb işçisi ixtisasartırma kurslarından keçərək öz bilik və peşə vərdişlərini artırmış, 24 həkim və 15 orta tibb işçisi test imtahanlarını müvəffəqiyyətlə verərək sertifikat almışdır. Hal-hazırda rayon üzrə sertifikat almış həkimlərin sayı 38, orta tibb işçilərinin sayı isə 24 nəfərdir.
2012-ci ilin 9 ayında rayon üzrə ana ölümü hadisəsi olmamış, 0-1 yaşda 3 uşaq ölmüşdür. 1-5 yaşda olan 373 nəfər uşaq üçün Elektron Sağlamlıq Kartı hazırlanmış, beləliklə də rayon üzrə elektron sağlamlıq kartı hazırlanmış uşaqların sayı 6824 nəfərə çatmışdır. Uşaqların sağlamlıq vəziyyətini əks etdirən bütün tibbi məlumatlar həmin kartlara yüklənmiş və Səhiyyə Nazirliyinin ümumi lokal bazasına yerləşdirilmişdir.
2012-ci ilin 9 ayında infeksion xəstəliklərə qarşı aparılan mübarizə tədbirlərinə də xüsusi diqqət yetirilmişdir. Rayon üzrə 0-14 yaşda ümumi sayı 16697 nəfər olan uşaq kontingenti arasında aparılan vaksinasiya və immunizasiya tədbirləri planı 98,7% yerinə yetirilmişdir. Bunun nəticəsidir ki, ötən 3 ildə olduğu kimi, hesabat dövründə rayon üzrə uşaqlar arasında vərəm, difteriya, göyöskürək, poliomielit, tetanus, qızılca kimi infeksion xəstəliklərə yoluxma halı qeydə alınmamışdır.
2012-ci ilin 9 ayında rayonun tibb müəssisələrinə əhalinin ambulator müraciətlərinin sayı 112761 olmuşdur. Stasionar müalicəyə 1924 xəstə daxil olmuş, bu xəstələr tərəfindən 24161 çarpayı-gün keçirilmişdir. 9 ay ərzində 340 cərrahi əməliyyat həyata keçirilmişdir. Bu əməliyyatların 135-i təcili və təxirəsalınmaz əməliyyatlar olmuşdur.
2012-ci ilin 9 ayında Neftçala MRX-da görülən işlər, həyata keçirilən tədbirlərlə bərabər, bir sıra nöqsan və çatışmamazlıqlar da olmuşdur. Belə ki, MRX-nın əsaslı təmirinə nail olunmamış, uzun illərdən bəri işləməyən istilik sistemini bərpa etmək mümkün olmamışdır. Neftçala MRX-da su təminatının yaxşılaşması üçün bir sıra cari işlər aparılsa da, kanalizasiya xətlərinin əsaslı təmir olunmasına nail olunmamışdır. Bütün bunlar qış dövründə palataların qızdırılmasında, xəstəxanada sanitar-gigiyenik vəziyyətin daima yüksək səviyyədə saxlanmasında problemlər yaradır.
2012-ci ilin doqquz ayında rayonda Mədəniyyət və Turizm sahəsində bir sıra işlər həyata keçirmişdir. Hesabat dövrü ərzində tarixi hadisələr, bayramlar və yubleylərlə bağlı geniş və maraqlı mədəni-kütləvi tədbirlər, ədəbi-bədii gecələr, görüşlər, kitab sərgiləri, oxucu konfransları və konsertlər təşkil olunmuşdur. Keçən dövr ərzində diqqəti cəlb edən böyük miqyaslı tədbirlər-20 yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilmiş, Şəhidlər məzarlığı ziyarət edilmiş, həmçinin Bankə şəhidlərinin xatirəsinə qəsəbədə abidə kompleksinin açılışı olmuşdur. 26 fevral Xocalı faciəsinin 20-ci ildönümünə həsr edilmiş “Xocalı faciəsini unutmayaq” mövzusunda teatrlaşdırılmış musiqili ədəbi-bədii gecə təşkil edilmiş və Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə kompleksi açılışmışdır. Ötən dövr ərzində “Təbiət ilhama çağırır bizi” kütləvi teatrlaşdırılmış ümumrayon Novruz bayramı şənliyi keçirilmiş, 31 mart Dünya Azərbaycanlılarının soyqırımı münasibəti ilə tədbir təşkil edilmiş, o illərə aid sənədli filmə və fotosərgiyə baxış keçirilmişdir. Bundan başqa 9 May Qələbə, 28 May Respublika və 15 İyun Milli Qurtuluş günləri münasibətilə də maraqlı kütləvi tədbirlər həyata keçirilmişdir.
2012-ci ilin 9 ayında “Gənc Tamaşaçılar Teatrı”nın, “Lənkəran Dövlət Dram Teatrı”nın və “İrəvan Dövlət Dram Teatrı”nın kollektivi rayonumuzda olmuş, Rayon Mədəniyyət və İncəsənət Sarayında tamaşaçılar qarşısında gözəl tamaşalar nümayiş etdirmişlər.
Ötən müddət ərzində Heydər Əliyev Muzeyində Ulu Öndərin həyat və fəaliyyəti ilə yaxından tanış olmaq üçün mütəmadi olaraq insanlar gəlmiş, Ümummilli liderin 89-cu ildönümü və Milli Qurtuluş günləri ilə əlaqədar muzeydə tədbirlər və kitab sərgiləri keçirilmiş, abidəsi önünə əklillər və gül-çiçəklər qoyulmuşdur. Hazırda Heydər Əliyev Muzeyinin Mərkəzə çevrilməsi üçün işlər aparılır.
Görülən işlərlə yanaşı bu sahədə problemlər də mövcuddur. Belə ki, Rayon Mədəniyyət evi, Boyat, Yuxarı Qaramanlı, Aşağı Surra, Aşağı Qaramanlı, Şirvanqaraqaşlı, Qaçaqkənd, Xolqaraqaşlı və Xolqarabucaq kənd mədəniyyət evlərinin, Xıllı qəsəbə 1№-li mərkəzi kitabxanasının, eləcə də Uşaq İncəsənət məktəbinin əsaslı təmir olunmasına, Neftçala şəhər Mədəniyyət və İncəsənət Sarayının, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Tarix-Diyarşünaslıq muzeyinin istilik sistemlərinin çəkilməsinə və onların maddi-texniki bazasının möhkəmləndirilməsinə ciddi ehtiyac vardır.
Neftçala Rayon Gigiyena və Epidemiologiya Mərkəzi 2012-ci ilin 9 ayı ərzində fəaliyyət sahələri üzrə bir sıra tədbirlər həyata keçirmiş, əhali arasında aşkar olunan yoluxucu xəstəliklər, onlara qarşı aparılan profilaktiki tədbirlərin, eyni zamanda mərkəz tərəfindən mövcud obyektlərdə (ictimai iaşə, ticarət, müalicə-profilaktika, uşaq və yeniyetmələr müəssisələri, sənaye və kommunal)sanitar-gigiyenik qaydaların yerinə yetirilməsinə nəzarət olunmuş, bu sahədə işlərin lazımi səviyyədə qurulmasına səy göstərilmişdir.
Hesabat dövründə rayonda 1 hepatit A, 10 kəskin bağırsaq infeksiyaları və 1 brusellyoz xəstəlikləri aşkar olunmuş, xəstəlik mənbələrində əks-epidemik tədbirlər həyata keçirilmişdir.
Hesabat dövrü ərzində Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonda gənclərlə işin təşkili sahəsində, bədən tərbiyəsi və idmanın inkişafı məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir.
Şagirdlərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə yanvar-mart aylarında ənənəvi olaraq “Cəsurlar” və “Şahin” hərbi-idman yarışları təşkil olunmuş, qaliblər Gənclər və İdman İdarəsinin diplom və hədiyyələri ilə təltif olunmuşlar.
“Milli-mənəvi dəyərlərin təbliğində Ümummilli lider Heydər Əliyevin ideyalarının rolu və əhəmiyyəti” mövzusunda dəyirmi masalar təşkil olunmuş, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar inşa yazı müsabiqəsi də keçirilmiş, müsabiqənin qalibləri mükafatlandırılmışdır.
Respublika Prezidenti tərəfindən 2012-ci il "İdman ili" elan olunmuş, bu məqsədlə idarə tərəfindən Tədbirlər Planı tərtib edilmişdir.
2012-ci ilin 9 ayında Biləsuvar rayonunda keçirilən Yeniyetmələrin VII Respublika Oyunlarının boks üzrə zona birinciliyində rayonumuzun idmançıları müvəffəqiyyətlə çıxış etmiş, onlar müxtəlif çəki dərəcələrində fəxri kürsünün ən yüksək pillələrini tutmuşlar.
Rayonda yeni idman kompleksinin tikintisinə və "Gənclər Mərkəzi"nin tikintisinə ciddi ehtiyac vardır. Kompleksin və Mərkəzin inşası ilə əlaqədar olaraq 2010-cu ildə şəhərin ərazisində müvafiq olaraq torpaq sahəsi ayrılmış, bununla bağlı aidiyyatı orqanlar qarşısında məsələ qaldırılmışdır.
2012-ci ilin 9 ayı ərzində Neftçala rayon İcra Hakimiyyəti tərəfindən rayonda ictimai-siyasi tədbirlərin hazırlanıb keçirilməsi, normativ hüquqi aktların əhali arasında izahı, təbliği ,dövlət rəmzlərinin tərtibatı və mühafizəsi sahəsində müəyyən işlər görülmüş, dövlətimizin humanitar siyasət xəttinin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılmış, ictimai təşkilatlarla və siyasi partiyalarla əlaqəli işlər gücləndirilmişdir.
2012-ci ilin 9 ayı ərzində Heydər Əliyev muzeyində yaradılmış Heydər Əliyev məktəbi, Gənc Heydərçilər dərnəyi, Vətənpərvərlik dərnəyi, Yaradıcılıq mərkəzi Heydər Əliyev irsinin öyrənilməsi ,təbliğatı və təşviqatı sahəsində daha geniş işlər aparılmış və bu məqsədlə muzeyin kitab fondu zənginləşdirilmişdir.
2012-ci ilin 9 ayı ərzində rayonda siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fəaliyyəti də daim nəzarətdə saxlanılmışdır. Məlumat üçün qeyd edim ki, rayonda 13 siyasi partiya, 23 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Rayonda ictimai-siyasi sabitliyi qoruyub saxlamaq və demokratik prinsiplərə əməl etmək məqsədilə bu təşkilatlarla əlaqəli işlər gücləndirilmişdir.
2012-ci ilin doqquz ayında Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon şöbəsi ilə daimi yaxından əlaqə saxlamışdır. Hərbi xidmətə çağırışla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışla bağlı sərəncamlarına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon şöbəsi tərəfindən 2012-ci ilin doqquz ayında 437 nəfər çağırışçı hərbi xidmətə cəlb olunmuşdur.
2012-ci ilin doqquz ayı ərzində rayon Polis şöbəsi tərəfindən rayon üzrə müxtəlif xarakterli 119 cinayət hadisəsi qeydə alınmışdır. Ümumilikdə qeydə alınmış cinayətlərin açılması 90,8 % təşkil edir. Rayon üzrə ümumi cinayətlərin sayı 2011-ci ilin doqquz ayına nisbətdə 2012-ci ilin doqquz ayında 3 cinayət faktı az olmuşdur.
2012-ci ilin doqquz ayında Rayon İcra Hakimiyyəti başçısı aparatı ərazidə nizam-intizamı, qayda-qanunu möhkəmləndirmək, kadrların tapşırılmış iş üçün məsuliyyət hissini artırmaq məqsədilə Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 18 iclası keçirmiş, həmin iclaslarda 20 məsələ müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilərək icrası nəzarətə götürülmüşdür.
Rayon İcra hakimiyyəti vətəndaşların ərizə, şikayət və müraciətlərinə baxılıb tədbir görülməsini yaxşılaşdırmaq, ərazidə sosial-iqtisadi və aqrar məsələləri, əhalinin sosial problemlərini vaxtında həll etmək məqsədilə tərtib olunmuş qrafik əsasında Rayon İcra Hakimiyyəti başçısının rayonun 18 inzibati ərazi vahidinin mərkəzində, yaşayış məntəqələrində və kəndlərdə əhali ilə 35 görüş və səyyarı qəbulları keçirilmişdir. Bu tədbirlərdə 5021 nəfər iştirak etmiş və 182 nəfər çıxış etmiş, çıxış edənlərdən 113 nəfəri sakinləri narahat edən məsələləri qeyd edərək öz rəy və təkliflərini vermişlər. Rayon İcra Hakimiyyəti həmin rəy və təklifləri nəzarətə götürmüş, onların bir qismi həyata keçirilmiş və bir qisminin icrasını təmin etmək məqsədilə inzibati ərazi dairəsi üzrə nümayəndələrinə, aidiyyəti idarə və təşkilat rəhbərlərinə tapşırıqlar vermiş, yuxarı orqanlar qarşısında məsələlər qaldırmışdır.
2012-ci ilin doqquz ayında Rayon İcra Hakimiyyəti başçısı aparatına ümumilikdə 670 ərizə, şikayət və təklif daxil olmuşdur. O cümlədən Prezident Administrasiyasından 135, Milli Məclisdən 16, Mərkəzi Orqanlardan 63, Nazirlər Kabinetindən 7 ərizə daxil olmuşdur. 449 ərizə bilavasitə vətəndaşlar tərəfindən Rayon İcra Hakimiyyətinə ünvanlanmışdır.
Müraciətlər mövzular üzrə araşdırılarkən mənzil məsələləri üzrə 70, torpaq məsələləri üzrə 88, tikinti məsələləri üzrə 33, əmək məsələləri üzrə 68, təbii, texnogen hadisələr üzrə 74, digər məsələlər üzrə 209, enerji, qaz və su təchizatı üzrə 30, sahibkarlıq inkişafı və iqtisadi məsələlər üzrə 14, kənd təsərrüfatı məsələləri üzrə 20, bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 6, təşkil etmişdir, birdəfəlik maddi yardım və məişət problemi 31, əhalinin sosial müdafiə məsələləri 6, qəbul haqqında 4, minnətdarlıq bildirməklə 4, elm, təhsil və səhiyyə üzrə 9, dövlət qulluğu və kadr məsələləri 6 müraciət təşkil etmişdir.
2012-ci ilin doqquz ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasından 135 müraciət, o cümlədən 7 müraciət nəzarət qaydasında daxil olmuşdur. Daxil olmuş müraciətlərin 27-i evinin qəzalı olması, 29-u mənzillə təmin olunması və ev tikilməsi, 16-ı torpaq məsələləri, 13-ü sosial müdafiə məsələləri, 4-ü əmək məsələləri, 46-ı digər sosial, kommunal və hüquqi məsələlər barədə olmuşdur.
Ümumilikdə doqquz ay ərzində ərizə, şikayət və təkliflərdən 26 müraciət kollektiv xarakterli olmuşdur ki, bunlardan 19 ərizə bilavasitə vətəndaşlardan, 1 ərizə Nazirlər Kabinetindən, 1 ərizə Milli Məclisdən, 3 ərizə Prezidenti Administrasiyasından, 2 ərizə mərkəzi orqanlardan daxil olmuşdur. Daxil olmuş kollektiv müraciətlərdən 5 müraciət yol infrastrukturu, 6 müraciət kənd təsərrüfatı məsələləri, 1 müraciət təbii və teknogen hadisələrlə, 2 müraciət su təchizatı, 2 müraciət digər məsələlər, 10 müraciət kommunal məsələlər barədə olmuşdur.
2012-ci ilin doqquz ayında İcra Hakimiyyəti başçısı tərəfindən 314 vətəndaş qəbul edilmişdir. O cümlədən İcra hakimiyyəti başçısı aparatında 132 nəfər, səyyarı qəbullarda 182 nəfər vətəndaş qəbul edilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı aparatında qəbul olunmuş vətəndaşların müraciətləri mövzular üzrə araşdırılarkən 18 müraciət mənzil ilə təmin olunma, 29 müraciət işlə təmin olunma, 10 müraciət birdəfəlik maddi yardım edilməsi, 25 müraciət kommunal məsələlər, 16 müraciət tikinti materialları ilə əlaqədar köməklik, 12 müraciət evinin qəzalı olması, 23 müraciət digər məsələlər barədə olmuşdur.
Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin göstərişlərini, imzaladığı fərman və sərəncamlarını və Azərbaycan Respublikasının Qanunlarını əldə rəhbər tutub öz fəaliyyətini daha da genişləndirəcək, bütün sahələrdə inkişafa və tərəqqiyə nail olmaq üçün lazımi tədbirlər görəcəkdir.