Neftçala rayonunda 28 May - Respublika günü münasibəti ilə tədbir keçirildi.
28 may 2017-ci il tarixdə Neftçala rayon Mədəniyyət və İncəsənət sarayının qarşısında 28 May - Respublika günü münasibəti ilə bayram konserti təşkil olundu. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Tarixi bayram münasibətilə tədbir iştirakçılarına 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi nailiyyətlərindən söz açılmış, ötən əsrin sonlarında ikinci dəfə dövlət müstəqilliyini əldə edən ölkəmizin Ulu Öndər Heydər Əliyevin iradəsi və müdrik uzaqgörənliyi ilə keçdiyi böyük inkişaf yolundan danışılmışdır. Bünövrəsi Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövlətinin inkişaf strategiyası Prezident cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirildiyi vurğulanmışdır. Sonra bayram tədbiri yerli incəsənət ustalarının iştirakı ilə davam etdirilmişdir.