Neftçala rayonunda Ümummilli Liderin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilmişdir
10 may 2017-ci il tarixində Neftçala rayon Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş və onun xatirəsini ehtramla yad etmişlər.Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində təşkil olunan kitab sərgilərinə, məktəblilərin əl işlərindən ibarət rəsmlərə maraqla tamaşa etdilər. Mərkəzin salonunda Ümummilli lider Heydər Əliyevin zəngin ömür yolunu, genişmiqyaslı ictimai-siyasi fəaliyyətini əks etdirən filmə tamaşa edilmiş, ulu öndərin mübarizələrlə dolu fəaliyyətinə bir daha dərindən nəzər salınmış, mənalı ömür yolu yenidən vərəqlənmiş, isti xatirələr dinlənilmişdir.