Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni dərs ilində Neftçala rayonunda yeni məktəb binası istifadəyə verilmişdir

16 sentyabr 2012 | 15:00

Yeni tədris ilində Neftçalada tikilərək istifadəyə verilən 220 şagird/yerlik Xıllı qəsəbə 2 saylı ümumi orta məktəb binasının açılışı olub. Binanın açılışında Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev və rayonumuzun deputatı Arif Rəhimzadə iştirak etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev çıxış edərək yeni tədris ilinin başlanması ilə əlaqədar şagird və müəllimləri təbrik edərək, onlara müvəffəqiyyətlər arzulamışdır. Yeni inşa olunan məktəb binasının sinif otaqlarına baxış keçirilmiş və yaradılmış şəraitlə tanışlıq olmuşdur. Yeni məktəb binasında 150 şagird təhsil alacaqdır. Onların təlim-tərbiyəsi ilə 30 nəfər müəllim məşğul olacaqdır.
Son illər Neftçala rayonunda məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə yeni binaların tikintisinə, inventarlarla təchiz olunmasına xüsusi diqqət yetirilir.
Bundan əlavə İkinci Qaralı kənd 200 şagird/yerlik və Xəzər kənd 260 şagird/yerlik tam orta məktəblərinin tikintisinə başlanılmışdır. Yuxarı Qaramanlı kənd 360 şagird/yerlik tam orta məktəbinin tikintisi üçün hazırlıq işləri aparılır. Muğan liseyinin istilik sisteminin təmiri işləri davam etdirilib.
 

Keçidlər